"ABŞ Ukraynaya artilleriya sistemlərinin tədarükü ilə bağlı layihə üzərində çalışır".
“RBK Ukraina”ya istinadən xəbər verilir ki, bunu Ağ evin sözçüsü Cen Psaki deyib.
Onun sözlərinə görə, hazırda cərəyan edən proseslər Rusiyanın Donbasda Ukrayna qüvvələrini mühasirəyə almaq və məğlub etmək niyyətində olduğunu göstərir: “Bundan əlavə, ölkəyə raket zərbələri davam edir. Biz silahların çatdırılmasını sürətləndirməyə çalışırıq. Bunun üçün 1,7 milyard dollar ayırmışıq. Biz ukraynalıları bu yaxınlarda hökumətlərimiz arasında aparılan danışıqlarda tələb etdikləri artilleriya sistemləri ilə təmin etməyə çalışırıq. ABŞ həmçinin digər müttəfiqlərdən və tərəfdaşlardan silah transferini asanlaşdırmaq üçün işləyir”.
Xatırladaq ki, daha əvvəl ABŞ rəsmiləri Ukraynaya 750 milyon dollar dəyərində əlavə silah göndərəcəklərini bildirmişdilər./report/