ABŞ Ukraynada hücum silahları yerləşdirməyəcək
31.12.2021 422 0.0 0

ABŞ prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinlə söhbətində ABŞ-ın Ukraynaya hücum silahları yerləşdirmək niyyətində olmadığını açıq şəkildə bildirib.

Bildirək ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, liderlər arasında telefon danışığı konkret, mənalı və konstruktiv olub.

“Prinsipcə, biz bu gün aparılan danışıqlardan razıyıq, çünki onlar səmimi, məzmunlu və konkret idi. Və deyə bilərəm ki, ümumilikdə söhbətin istiqaməti kifayət qədər konstruktiv idi”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar