ABŞ Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq
22.03.2018 769 0
ABŞ Konqresi Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq.
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu rəqəmlər 2018 maliyyə ili üçün ABŞ-ın büdcə layihəsində yer alıb.
“Gürcüstana yardım üçün azı 105 milyon 325 min dollar, Ukraynaya isə azı 420 milyon 700 min dollar ayırılmalıdır”, sənəddə vurğulanıb. Bundan əlavə ABŞ 2018-ci maliyyə ilində müdafiə xərcləri üçün Ukraynaya 200 milyon dollarlıq hərbi yardım edəcək.
Konqresin hər iki palatası martın 24-dək büdcəni qəbul etməlidir. Büdcə layihəsi qüvvəyə minməsi üçün prezident Donald Tramp tərəfindən imzalanmalıdır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər