Türkiyə və ABŞ İŞİD-ə qarşı mübarizə aparmaq, koalisiya əməliyyatlarının dəstəkləmək üçün İncirlik hərbi bazasında pilotsuz təyyarələrin yerləşdirilməsi və istifadəsi barədə razılığa gəlib.
Məlumata görə, razılıq türk tərəfi ilə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri, general Loyd Ostin və ABŞ prezidentinin xüsusi nümayəndəsi təqaüddə olan general Con Allen arasında əldə olunub.
Razılığa əsasən növbəti üç həftə ərzində İncirlik hərbi bazasına 2 ədəd döyüş modifikasiyalı "Predator" adlı pilotsuz təyyarə göndəriləcək.
Danışıqlarda həmçinin İncirlik bazasında Amerikanın pilotlu döyüş təyyarələrinin yerləşdirilməsi imkanları da müzakirə edilib, lakin Türkiyə tərəfi buna qarşı çıxıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı döyüş təyyarələrinin yerləşdirilməsi ilə bağlı məlumata rəsmi şərh verilməyib.
Xatırladaq ki, hazırda ABŞ İŞİD-ə zərvə endirmək üçün Fars körfəzində yerləşən təyyarədaşıyan gəmilərdən istifadə edir/ /anspress/