ABŞ Türkiyənin S-400 kompleksləri almasından narahatdır
13.12.2017 816 0
ABŞ Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması ilə bağlı narahatlığını ifadə etməkdə davam edir. Məlumata görə, bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya üzrə köməkçisi Vess Mitçhel deyib:
"Biz Türkiyə ilə müttəfiq olaraq işləməyə davam edirik və S-400 də daxil olmaqla, bir çox sahələrlə bağlı narahatlıqlarımızı ifadə etməkdə davam edirik".
Qeyd edək ki, daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib ki, bu həftə ərzində Türkiyə Rusiyadan S-400 raket əleyhinə sistemlərin alınması ilə bağlı qərar verəcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər