ABŞ Türkiyənin Rusiyadan “S-400” əldə etməsini problem adlandırıb
13.10.2017 817 0
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb.“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.
“Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Xatçison “Washington Post” nəşrinə müsahibəsində bildirib.
Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
“ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər