ABŞ Türkiyəni yeni sanksiyalarla hədələyib
17.10.2019 479 0.0 0

Ankara Suriyanın şimalındakı "Sülh bulağı" əməliyyatını dayandırmazsa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlar uğurla yekunlaşmazsa, Türkiyə iqtisadiyyatını "dağıdıcı" nəticələr gözləyir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar