ABŞ termonüvə bombasını ilk dəfə sınaqdan keçirib
14.04.2017 755 0.0 0

ABŞ Hərbi-Hava Qüvvələri “B61-12” tipli termonüvə bombasını ilk dəfə olaraq “F-16” qırıcı təyyarəsi ilə sınaqdan keçirib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, partladıcısız termonüvə bomba aprelin 14-də “F-16C” qırıcı təyyarəsindən Nevada ştatındakı poliqona atılıb.

 

“Robins” aviabazasının saytında dərc olunmuş müvafiq məlumatda qeyd edilib ki, sınaqların məqsədi təyyarənin döyüş sursatını daşıma qabiliyyətini nümayiş etdirmək və mərminin qeyri-nüvə komponentlərinin işləməsini yoxlamaqdır. 

 

Bomba ilk dəfə olaraq “F-16C” qırıcı təyyarəsi ilə sınaqdan keçirilib. Gələcəkdə onu “B-2A”, “B-21”, “F-15E”, “F-16C/D” və “F-16 MLU”, habelə “F-35” və “PA-200” tipli təyyarələrlə də sınaqdan keçirmək nəzərdə tutulub.

 

İdarəolunan və yüksək dəqiqliyə malik yeni “B61-12” tipli bomba ilk dəfə 2015-ci ildə sınaqdan keçirilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar