ABŞ Tayvana böyük həcmdə silah tədarükü planlaşdırır
18.03.2017 758 0
ABŞ-ın Prezident Administrasiyası Tayvana raket kompleksləri və gəmi əleyhinə raketlərdən ibarət böyük həcmdə silah tədarük etməyi planlaşdırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı anonim mənbə məlumat verib.
Bildirilir ki, ABŞ bu işi həyata keçirmək üçün Pekinin mövqeyi də daxil olmaqla mövcud maneələri aradan qaldırmağa aylarla vaxt sərf edə bilər. Bununla belə, artıq məsələ ilə bağlı müzakirələr başlanıb.
Ağ ev bu informasiyanı şərh etməkdən boyun qaçırıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər