ABŞ Silahlı Qüvvələrinin 120-dən çox tankı və digər ağır zirehli texnikası bu gün Latviyaya gətirilib.
Məlumata görə, bu barədə Latviya MÜdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, M1A2 Abrams tankları, M2A3 Bradley zirehli maşınları, bundan başqa 120-dən çox hərbi texnika ABŞ-dan Latviyaya gətirilib.
Latviya müdafiə naziri Raymon Beyonis Тwitter səhifəsində ABŞ ağır hərbi texnikasının Latviyaya gətirilməsinə münasibət bildirib: "Müttəfiqlərimiz NATO və ABŞ-ın Latviyaya dəstəyi regionun təhlükəsizliyi və suverenliyi üçündür".
Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqində münaqişənin davam etməsindən sonra ABŞ bəyan edib ki, Baltikyanı ölkələrə və Polşaya Amerika hərbçiləri yerləşdiriləcək.
Hazırda Latviyada 150 amerikalı desantı var. Latviya 2004-cü ildən NATO-nun üzvüdür./anspress/