ABŞ Suriyanın şimal-şərqində aviabaza yaradır
23.01.2016 519 0.0 0

ABŞ Suriyanın şimal-şərqində aviabaza yaradır. Məlumata görə, bu barədə  “Frans Press” Suriya təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.     
 
Məlumata görə, bazanı Suriyanın Türkiyə və İraqla həmsərhəd ərazisində,  Əl Xasake əyalətinin Ramilan şəhərindəki kənd təsərrüfatı aerodromunun əsasında tikmək nəzərdə tutulub. Bazaya eniş edəcək ABŞ helikopterləri və yük təyyarələri kürd silahlı dəstələrini silah-sursat və ləvazimatlarla təchiz edəcək.  
 
Ramilan şəhərində yaradılacaq aviabaza ABŞ-ın Suriya ərazisində ilk bazası olacaq.  
 
“Times”-ın məlumatına görə, bazanın yerləşdiyi əyalət kürd silahlı dəstələrin nəzarətindədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar