ABŞ prezidenti Barak Obama Suriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib.
“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın dövlət katibi və müdafiə nazirinə ünvanlanan müvafiq memorandum Ağ Ev tərəfindən dərc edilib.
“ABŞ-ın Suriyada terrorla mübarizədə keçirdiyi hərbi əməliyyatların dəstəklənməsində iştirak edən əcnəbi qüvvələr, yerli dəstələr, qruplar və ya ayrı-ayrı şəxslərə müdafiə sənayesi məhsullarının və xidmətlərinin təqdim edilməsi və digər əməliyyatlar ABŞ-ın milli təhlükəsizlik maraqları üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə sənəddə qeyd edilib.
Qeyd olunan yardımın göstərilməsi üçün dövlət katibi və müdafiə nazirinə Konqresi ətraflı məlumatlandıraraq razılığını almaq tapşırılıb.
Bundan əvvəl ABŞ Suriya müxalifətinə məhdud həcmdə silah-sursat tədarük edib. /apa/