ABŞ Suriyada İŞİD liderlərindən birini məhv etdi
16.05.2015 587 0
ABŞ xüsusi təyinatlıları Suriyanın şərqində keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 10 silahlısını məhv edib.
"RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı İŞİD liderlərindən biri Əbu Səyyaf məhv edilib, onun həyat yoldaşı Ümm isə saxlanılıb.
Məlumata görə, Əbu Səyyaf İŞİD-in əsas gəlir mənbəyi olan neftin Suriya və İraqda qanunsuz hasilatının əsas əlaqələndiricilərindən biri olub. O həmçinin İŞİD-in hərbi əməliyyatlarında da iştirak edib. Əbu Səyyafın saxlanılan həyat yoldaşının da terror fəaliyyəti ilə məşğul olduğu bildirir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər