ABŞ Suriya silahlı qüvvələrinə zərbə endirə bilər
23.02.2018 821 0
ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli Çikaqo Universitetinin Siyasət İnstitutunda çıxışı zamanı bildirib ki, Vaşinqton Suriya silahlı qüvvələrinə zərbə vurmağı istisna etmir.
TASS-a istinadən verilən xəbərə görə, diplomat qeyd edib ki, ABŞ zərbə endirmək hüququnu özündə saxlayır, lakin belə vəziyyətlərdən qaçmağa çalışır.
Heyli deyib ki, "istənilən vəziyyətdə hərbi həll yolu nəzərdən keçirilir. Onun sözlərinə görə, Vaşinqton Suriya münaqişəsinin mərkəzində olmaq istəmir, lakin kimyəvi silah hücumuna məruz qalan suriyalılara kömək etmək lazımdır.
Heyli əlavə edib ki, Rusiya Suriya prezidenti Bəşər Əsədin rejimini müdafiə edir, ona görə ABŞ Rusiyaya təzyiqləri davam etdirir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər