ABŞ Suriya kürdlərinə silah tədarükünə başlayıb
31.05.2017 614 0.0 0

ABŞ "Suriya demokratik qüvvələrin"in kürdlərinə silah və sursatın tədarükünə başlayıb.

Məlumata görə, bu barədə Pentaqonun iki məmuruna istinadən "NBC News" telekanalı bildirib.

Hərbi məmurlardan birinin məlumatına görə, silah tədarükü son 24 saat ərzində başlayıb. Lakin silah tədarükünün hansı yolla həyata keçirildiyi məlum deyil.

Bundan əvvəl ABŞ hərbçiləri bildirmişdi ki, onlar Suriya kürdlərinə zirehli avtomobillər, hərbi sursat və mühəndis avadanlıqları, radiostansiya, buldozerlər tədarük etməyi planlaşdırırlar.

Pentaqon "Suriya Demokratik qüvvələri"ni İŞİD terror qruplaşmasına qarşı mübarizədə, xüsusən Rakka şəhərinin silahlılardan azad edilməsində zəruri hissə hesab edir. Şəhər 2014-cü ildən İŞİD-in nəzarəti altındadır. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar