ABŞ-ın "SpaceX" şirkətinin banisi İlon Mask "Falcon 9" raket daşıyıcının uğursuz eniş videosunu yayıb.
Məlumata görə, platformaya enişə cəhd edərkən raket yan tərəfi üstə aşaraq partlayıb.
İlon Mask bu görüntüləri öz “Instagram” səhifəsində paylaşıb. ABŞ "Falcon 9" raket daşıyıcısı Dünya okeanının səthini müşahidə etmək üçün NASA peykini orbitə çıxarmalıdır. "Falcon 9" raketinin ilk hissəsinin Sakit okeanda xüsusi hazırlanmış platformaya enişi uğursuz nəticələnib. Raket gəmiyə yan alaraq platformaya otursa da aşaraq partlayıb.
"SpaceX" hazırladığı platforma
Qeyd edək ki, bu "Falcon 9"un keçən il iyunun 28-də baş verən qəzadan sonra ilk buraxılışı olub. Daha 6 ay əvvəl raket "Dragon" yük qoşqusu ilə havaya qalxdıqdan azacıq sonra partlamışdı.
"Falcon 9" raket daşıyıcının eniş trayektoriyasının sxemi. /anspress/