ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ABŞ maliyyə nazirliyinin məlumatında bildirilir.
Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var.
Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, “Air Koryo” aviaşirkəti, “Koryo Bank” daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.
Qeyd edək ki, dekabrın 1-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar Şimali Koreyanın sentyabrda həyata keçirdiyi sayca beşinci nüvə sınağı ilə əlaqədar tətbiq edilib./apa/