ABŞ Şimali Koreya ilə danışıqlar üçün şərtləri açıqlayıb
04.10.2017 617 0.0 0

Pxenyanın nüvə və raket sınaqlarını davam etdirməsi KXDR-lə danışıqların aparılmasını  mümkünsüz edir. APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert.  

 

“Əlbəttə, hazırda onlarla danışıqların aparılmasının vaxtı deyil. KXDR nüvə və raket sınaqlarını davam etdirdikcə, danışıqlara başlamaq mümkünsüzdür”, - deyə Nauert qeyd edib.

 

Onun sözlərinə görə, Pxenyanla danışıqlar hazırda Koreya müharibəsi dövründə (1950-53 illərdə) əsir və itkin düşmüş amerikalıların aqibəti ətrafında aparılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar