ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb
01.06.2017 879 0.0 0

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.
 
Reuters agentliyinə istinadən verilən xəbərə görə, qanun layihəsi ABŞ Senatının respublikaçı senatoru Maykl Krapo və  demokrat Şerrod Braun tərəfindən hazırlanıb.
 
Məlumata əsasən, sanksiyalar Suriya hökumətinə silah tədarükü, ABŞ-a qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.  Bundan əlavə, Rusiyanın metallurgiya və dəmir yolu müəssisələrinə qarşı yeni sanksiyaların tətbiq ediləcəyi nəzərdə tutulur. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar