ABŞ Senatı yeni ticarət nazirini təsdiqləyib
28.02.2017 653 0.0 0

ABŞ Senatı  Uilbur Rossun Ticarət  nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.

 

Reuters agentliiynə istinadən verilən xəbərə görə, 79 yaşlı milyarderin namizədliyinin lehinə 72, əleyhinə isə 27 senator səs verib.

 

“Forbes” jurnalının məlumatına görə, U.Rossun şəxsi sərvəti 2,5 milyard dollar təşkil edir.

 

Bundan əvvəl Uilbur Ross namizədliyinin təsdiqlənəcəyi təqdirdə sərmayə biznesindəki payını satacağını bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar