ABŞ Senatı Rusiyanın kiberhücumlarına dair araşdırmalara başlayır
14.01.2017 881 0.0 0

ABŞ Senatının Kəşfiyyat üzrə Komitəsi Rusiyanın kiberhücumlarına dair araşdırmalara başlayır.

 

Reuters agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Senatın bəyanatında bildirilir.

 

Məlumata görə, Senat həmçinin rəsmi Moskvanın ABŞ-da hər-hansı siyasi kampaniya ilə bağlılığını yoxlamaq niyyətindədir. Senat Komitəsi adıçəkilən ehtimallarla bağlı Barak Obama və Donald Tramp administrasiyalarının rəsmilərini sorğu-sual edəcək.

 

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.   Rusiya ittihamları əsassız adlandıraraq rədd edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar