ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya edib
29.03.2017 689 0.0 0

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya edib.  
 
“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Monteneqronun NATO-ya üzv seçilməsini 97 senator dəstəkləyib, iki senator “əleyhinə” səs verib, daha bir nəfər isə səs verməyib.
 
Monteneqro artıq 2017-ci ildə NATO-nun üzvü ola bilər.  Üzvlüyə dair qərar ümumxalq referendumda yox, ölkənin parlamentində qəbul ediləcək.  
 
NATO ölkələri 2016-cı ilin mayın 19-da Monteneqronun NATO-ya üzvlüyünə dair protokol qəbul ediblər. NATO-ya üzv olan 28 ölkənin hamısı qeyd olunan sənədi ratifikasiya etdikdən sonra Monteneqro  NATO-ya tamhüquqlu üzv olacaq.  Protokol artıq 24 ölkə tərəfindən ratifikasiya olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar