ABŞ Senatı FTB-nin yeni direktorunun namizədliyini təsdiqləyib
02.08.2017 697 0.0 0

ABŞ Senatı Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru postuna Kristofer Reyin  namizədliyini təsdiqləyib.     

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, 100 senatordan əksəriyyəti K.Reyin namizədliyini dəstəkləyib. Bundan əvvəl onun namizədliyi Konqresin yuxarı palatasının hüquqi komitəsində təsdiqlənib.    

 

ABŞ prezidenti Donald Tramp iyunun əvvəllərində FTB rəhbəri vəzifəsinə Kristofer Reyin namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Əvvəllər bu vəzifədə çalışan Ceyms Komi prezident Trampın “Rusiya əlaqələri” ilə bağlı araşdırma aparıb və ölkə başçısı tərəfindən mayda istefaya göndərilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar