ABŞ sərhədçiləri 4,2 ton kokain müsadirə ediblər
28.02.2017 809 0.0 0

ABŞ-ın sərhəd xidməti Cənubi Amerika  sahillərində 4,2 tonluq kokain partiyasını müsadirə edib.

 

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, külli miqdarda narkotik maddə daşıyan gəmi Surinam yaxınlığında saxlanılıb.

 

Məlumata əsasən, müsadirə olunan narkotik maddənin “qara bazarda” qiyməti 125 milyon dollar təşkil edir. Qeyd olunur ki, müsadirə edilən kokain 1999-cu ildən aşkar edilən ən böyük narkotik maddə partiyasıdır. Gəminin göyərtəsində olan Qayana vətəndaşları saxlanılıb. Saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar