ABŞ səfirliyindən Azərbaycanda hərbiçi ölümləri haqda açıqlama
18.08.2015 565 0
“Biz Azərbaycanda hərbi xidmətdə qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq”.
Məlumata görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində qeyd olunub. Səfirlik KİV-də bu barədə gedən məlumatlarla bağlı bu açıqlamanı yayıb.
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov və müavini Elçin Şirinov müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı komitə tərəfindən aparılan monitorinqin nəticələri barədə müdafiə nazirinə məlumat verib və qeyd edib ki, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitindəki itkilər ötən illərlə müqayisədə xeyli azalıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər