ABŞ səfirliyi «ikinci əl» maşınları auksiona çıxardı - VİDEO, FOTO
13.11.2015 1040 0.0 0
Noyabr 13-də saat 11:00-də ABŞ-ın Azərbaycandakı səfirliyində işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirilib. 
 
Bildirək ki, hərracla əlaqədar ilk ğncə Saat 9:00-dan 11:00-a qədər avtomobillərə baxış oldu. 
 
Auksionda 9 avtomobil satışa çıxarılmışdı. Satış üçün ilkin məbləğ 500 ABŞ dolları müəyyən olunmuşdu.
 
Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməli idi. Alınan maşınların dəyəri isə dərhal nağd pulla ödənilməli idi.
 
Təşkilatçılar bizə çəkilişin mümkün olmadığını bildirdilər. Ona görə də, gizli çəkiliş aparmalı olduq. 
Auksiona təxminən 70-80 nəfər insan gəlmişdi. 
 
Auksionun keçirildiyi ünvan səliqəsiz uçuq-sökük bir yer idi. Açılışa ingilis və rus dilini bilən bir şəxs başladı. Bəzi şəxslər iki avtomobil aldılar. Alıcılar arasında əcnəbilər də var idi. 
 
Auksionun iştirakçıları arasında təşkilatçılarla bağlı “Öz adamlarına satırlar” söhbəti dolaşırdı. Onlar həmçinin əcnəbilərə güzəştə gedilməsindən də şikayətçi idilər.
 
Auksiondan sonra danışdırdığımız bir iştirakçı qadın maşınların gömrük qeydiyyatının olmamasından şikayətləndi: “Rastamojka” problemi olmasaydı, mən qazanmışdım. 12-13 min “rastamojka”ya verməkdənsə, yeni maşın alaram, daha “ikinci əl” maşını yox...” /musavat.com/
 
 
 
 
 
 
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar