ABŞ səfirliyi bu maşınları Bakıda 500 dollara satışa çıxarır – SİYAHI
11.11.2015 2289 0.0 0

 

Avtomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür.

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcək.

Qazeta.info oxu.az-a istinadla xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədə yaydığı məlumata əsasən, hərrac noyabrın 13-də Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında keçiriləcək.

Avtomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir.

Avtomobillərin ilkin qiyməti 500 dollardır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar