ABŞ səfirliyi amerikalılara Rusiyanı tərk etməyi tövsiyə edib
28.02.2022 354 0.0 0

ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etmək barədə düşünməyə çağırır, hələlik kommersiya çıxışı variantları mövcuddur.

Bildirək ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

"Daha çox aviaşirkət Rusiyaya və Rusiyadan reysləri ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb. ABŞ vətəndaşları hazırda mövcud olan kommersiya variantları vasitəsilə Rusiyanı dərhal tərk etməyi düşünməlidirlər", - müraciətin mətnində deyilir.

Səfirlik xatırladıb ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar