ABŞ səfirinin Azərbaycan parlamentilə əməkdaşlıq haqda açıqlaması (VİDEO)
05.11.2015 521 0.0 0

ABŞ Azərbaycan parlamentilə, millət vəkillərilə əməkdaşlığı davam etdirəcək.

ANS TV-nin məlumatına görə, bunu ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta deyib.

ABŞ və Azərbaycanın ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu deyən diplomat əlavə edib ki, rəsmi Vaşinqton dünyanın bütün ölkələrilə münasibətlərində bunu edir. Burada qeyri-adi heçnə yoxdur:

“Dövlət Departamentinin bəyanatında deyilir ki, seçkilər hakim partiyanın üstünlüyü ilə keçib. Biz hələ yekun nəticələri gözləyirik. Bununla yanaşı, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna müşahidə aparılmasına imkan verilməməsindən təəssüfləndiyimizi ifadə etmişik. Və bütün ATƏT üzvləri də bizim bu təəsüfümüzə tərəfdar çıxıblar. Bəyanatda bildirilir ki, biz Azərbaycan xalqı və hökumətilə güclü, çiçəklənən, sabit və inkişaf edən Azərbaycanın qurulmasında əməkdaşlığımızı, birgə işimizi davam etdirəcəyik”./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar