ABŞ səfirini yaraladılar-Fotolar-Video
05.03.2015 776 0
ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert Seulda ülgüclə silahlanmış şəxsin hücumuna məruz qalıb.
Renhap-a istinadən verilən xəbərə görə, Seuldakı Seconq İncəsənət Mərkəzində (Sejong performing-arts center) mühazirə oxumağa yollanmış 42 yaşlı Mark Lippertə binanın qarşısında 55 yaşlı Kim Ki Con hücum edib.
"Cənubi və Şimali Koreyalar birləşməlidir!" bağıran kişi əlindəki meyvə bıçağı ilə səfiri yaralayıb.
25 sm-lik bıçaq zərbələri nəticəsində Lippert sağ yanağından, habelə sol əlindən və barmaqlarından yaralanıb.
Lippert yaxınlıqdakı hospitala aparılıb. Həkimlərin dediklərinə görə, onun səhhəti üçün ciddi təhlükə yoxdur.
Uzun müddət Seulda yaşamış 42 yaşlı M.Lippert 2014-cü ildə ABŞ-ın Cənubi Koreyadakı diplomatik nümayəndəliyinə başçı təyin olunub. O, əvvəllər ABŞ müdafiə nazirinin Asiya məsələləri üzrə müavini işləyib.
55 yaşlı Kim Ki Con 2006-2007-ci illərdə ən azı 6 dəfə Şimali Koreyada olub. 2010-cu ildə o, Seulda Yaponiyanın Cənubi Koreyadakı səfirinə beton parçası atmışdı və şərti həbs cəzası almışdı.
2011-ci ildə o, Şimali Koreyanın mərhum lideri Kim Çen İrin xatirəsinə Seulun mərkəzində anım yeri hazırlamaq istəmişdi.
Radikal solçu "Urimadan" təşkilatının rəhbəri olan Kim Ki Con martda ABŞ və Cənubi Koreya arasındakı hərbi təlimləri qətiyyətlə pisləyən məqalə yaymışdı./milli.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər