Bakıda ABŞ səfirinin iştirakı ilə veloyürüş təşkil edilib. Yürüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da daxil olmaqla 50-yə yaxın insan iştirak edib.
Məlumata görə “Qlobal düşün, lokal fəaliyyət göstər” adlı veloyürüş Bakının Dəniz Vağzalından start götürərək Fəhlə prospekti istiqamətində 13 kilometr məsafədə davam edib.
Veloyürüş “Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Velosipedlər” klubu ABŞ-ın Azrbsaycandakı səfirliyi ilə birgə təşkil edilib.
Yürüşçülərin məqsədi ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək, ekoloji maarifləndirmənin artırılması, cəmiyyəti ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır.
Robert Sekuta veloyürüşdə
ABŞ-ın Azərbaycandakı səfirinin sözlərinə görə, bu tədbir Azərbaycan və Amerika xalqları arasında ümumi olan bir xüsusiyyəti göstərir.
“Həm azərbayacnalılar, həm amerikalılar təbiətin qoynuna qovuşmaq, təbiətdə istirahət etmək, eyni zamanda ətraf mühitin qorunması sahəsində səylərini birləşdirir”./anspress/