ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
03.03.2018 844 0.0 0

ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynadakı hərəkətləri demokratik proses və institutları korlayır, Ukraynanın dincliyinə, təhlükəsizliyinə, sabitliyinə, suverenlik və ərazi bütövlüyünə təhlükə yaradır və aktivlərin qanunsuz mənimsənilməsinə yol açır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar