ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
11.03.2015 672 0.0 0
Rusiyanın Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin də sanksiyaya məruz qalıb

 

ABŞ hökuməti Ukraynada yaranmış vəziyyətlə əlaqədar daha bir neçə fiziki və hüquq şəxsə qarşı sanksiyalar tətbiq edib.

 

TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeni sanksiya siyahısında Viktor Yanukoviçin prezidentliyi dövründə yüksək vəzifə tutmuş bəzi şəxslərin - sabiq baş nazir Nikolay Azarov, onun 1-ci müavini olmuş Sergey Arbuzov və sabiq səhiyyə naziri Raisa Boqatıryovanın adları var.

 

Rusiyanın Beynəlxalq Avrasiya Hərəkatının lideri, Avrasiya İttifaqının ideoloqlarından biri sayılan Aleksandr Dugin siyahıda ən diqqət çəkən simalardan biridir.

 

Rusiya Federal Miqrasiya Xidmətinin Sevastopoldakı rəhbəri Oleq Kozyura, eləcə də Ukraynanın şərqindəki separatçı rejimlərin bir neçə nümayəndəsi də sanksiyaya məruz qalanlar arasındadır.   

 

Bundan başqa, Rusiya Milli Kommersiya Bankı və Avrasiya Gənclər İttifaqına qarşı da sanksiya tətbiq edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar