ABŞ Rusiya və keçmiş SSRİ-dən olan 10 kriminal avtoritet və iki şirkətə qarşı sanksiyalar tətbiq edib.
Qazeta.info Oxu.az-ın xəbərinə əsasən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Siyahıya Yuri Piçugin (Piçuqa), Ruben Tatulyan (Robson), Alimjan Toxtaxunov (Tayvançik), Vladimir Türin (Türik), Zaxari Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Voskres), Kamçibek Kolbayev (Kamçi Bişkekski), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislay Leontyev (Vadik Belıy) və Qafur Rəhimovun adları daxil edilib.
Məlumatda bildirilir ki, bu şəxslərin hamısı ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukrayna fəaliyyət göstərən “qanuni oğrular” təşkilatı ilə əlaqəlidirlər.
Sanksiyalar çərçivəsində ABŞ vətəndaşlarına sadalanan şəxslərlə biznes fəaliyyəti qurmağa icazə verilməyəcək. Bundan əlavə siyahıda adı olanların ABŞ-a girişi qadağan olunub, onların ölkə ərazisindəki hesabları dondurulub.