ABŞ Rusiyanın məhvini hazırlayır
28.03.2015 826 0
Rusiyaya qarşı əsil müharibə gedir - tanklardan, artilleriyadan, raketlərdən, diversiya və kəşfiyyat qruplarından istifadə edilir.
Məlumata görə, bu barədə Rusiyanın Zinovyev klubunun iclasında Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru, general-leytenant Leonid Reşetnikov bildirib.
Onun sözlərinə görə, Rusiya müasir dövrün Karfagenidir. "Karfagen dağılmalıdır" deyən Leonid Reşetnikov İraq və Yuqoslaviyanı misal göstərib.
Leonid Reşetnikovun sözlərinə görə, ABŞ mərkəzi kəşfiyyat idarəsi yalnız kəşfiyyat deyil, həm də dünya siyasətinə güc yolu ilə təzyiq alətidir. "Bu təşkilat təxribatlarla, qətllərlə, rejimlərin məhvi ilə məşğul olur",- deyə Reşetnikov vurğulayır./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər