ABŞ Rusiyanı beynəlxalq müqavilələri pozmaqda ittiham edib
02.03.2018 945 0
Rusiya beynəlxalq müqavilələri pozur.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin bəyanatlarını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
“Prezident Putin ABŞ hökumətinin çoxdan bildiyi, lakin Rusiyanın inkar etdiyi faktı təsdiqlədi. Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri birbaşa pozaraq, gərginlik yaradacaq silah sistemlərini 10 ildən çoxdur ki istehsal edir”, - deyə X.Nauert qeyd edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər