ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb
09.04.2022 705 0
ABŞ prezidenti Co Bayden Konqres tərəfindən Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması, habelə Ukraynadakı vəziyyət fonunda Rusiyadan enerji idxalına qadağa qoyulması haqqında qanun layihələrini imzalayıb.
Bildirək ki, bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ administrasiyasının geniş yayılmış bəyanatına görə, söhbət Rusiya Federasiyasından enerji tədarükünü qanuni olaraq qadağan edən “Rusiya neftinin idxalının dayandırılması haqqında qanun”dan, eləcə də kommersiya sferasında məhdudiyyətlərin daha da sərtləşdirilməsinə yönəlmiş “Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması haqqında qanun”dan gedir.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatası bu təşəbbüsləri dəstəkləmək üçün səs verib./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər