ABŞ Rusiya sərhədinə qoşun yığır - Pentaqon
23.06.2015 692 0.0 0

"Tanklar, artilleriya, və hərbi birləşmə Baltikyanı və Şərqi Avropa ölkələrinə göndəriləcək".

Məlumata görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter açıqlama verib. Nazir NATO silahlı qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdiriləcəyini təsdiqləyib. 

Karterin sözlərinə görə, hərbi birləşmə və texnikanın Estoniya, Litva, Latviya, Bolqarıstan, Rumıniya, Polşa və Almaniyanın bir hissəsində yerləşdirilməsi razılıq əldə olunub.

"Baltikyanı və Şərqi Avropa ölkələrinə yerləşdiriləcək tank və "Bredli" PDM-lərin sayı 250-dir", - deyə Karter bildirib.

Rəsmilər bu avadanlıqların böyük hissəsinin artıq Avropada olduğunu deyirlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar