Ötən gün ABŞ qırıcıları Rusiya Hərbi Hava Qüvvələrlərinin təyyarələrini ələ keçirmək məqsədi ilə iki dəfə havaya qalxıb. Məlumata görə, bu haqda Pentaqonda olan mənbələrə istinadən “Fox News” xəbər verib.
Verilən məlumatlara görə, Alyaska ərazisində iki Tu-95 bombardmançının ələ keçirilməsinə amerikalıların F-22 qırıcısı havaya qalxıb. Xəbərə əsasən, Rusiya bombardmançıları Kaliforniyanın sahilində F-15 qırıcıları tərəfindən qarşılanıb.
Şimali Amerikanın aerokosmik müdafiəsinin Birləşdirilmiş komandanlığının (NORAD) rəsmi nümayəndəsi Maykl Kuxarek Rusiya bombardmançılarının nüvə döyüş başlıqları ilə təchiz edilmiş ola biləcəyini təsdiq etməyib.
"Bu uçuşlar sıradan bir hal deyil, amma biz öz cavabımızı Alyaskada, həm də Kaliforniyada verdik. Bombardmançılardan heç biri NORAD hava məkanını pozmurdu", - deyə Maykl Kuxarek bildirib.
“Fox News” qeyd edib ki, belə bir hadisə iki il əvvəl 2013-cü il iyulun 4-də də baş verib./anspress/
F-22 qırıcıları
Tu-95 bombarmançı təyyarə