"ABŞ müharibənin yenidən başlandığını bildirməyə tələsir. Onların reaksiyası göstərir ki, müharibə məhz ABŞ-a sərf edir, ancaq İran və Rusiya bunu istəmir".
Məlumata görə, bu barədə politoloq Sergey Şakaryants bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ münaqişəyə reaksiya verərək Dağlıq Qarabağın bundan sonra dondurulmuş müharibə olmadığını açıqlayıb. Politoloqun sözlərinə görə, sərhəddə gərgin vəziyyət bilərəkdən törədilib.
Politoloqdan ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinin mümkünlüyü soruşulub. Politoloq isə bildirib ki, prinsipcə bu mümkündür, ancaq münaqişə tərəfləri Minsk qrupunun formatına yenidən baxılmasını tələb etməlidir.
Politoloqun sözlərinə görə, Rusiya öz sülhməramlılarını bölgədə yerləşdirmək niyyətində deyil, üstəlik ATƏT-in Minsk Qrupunun formatı buna yol vermir.//AnsPress