ABŞ prezidenti irqçiliyi pisləyən qətnamə imzalayıb
15.09.2017 550 0
ABŞ prezidenti Donald Tramp irqçiliyi pisləyən qanun imzalayıb.
Məlumata görə, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.
O, bu ilin avqustunda Virciniya ştatının Şarlottsvill şəhərində baş verən hadisələrdən sonra zorakılıq nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, zərər çəkənlərə dəstəyini bildirib.
Sənəd, ağ irqdən olan neonasistlər, ağ irqin üstünlüyü tərəfdarları, ku-kluks-klan, neonasist və nifrət oyadan digər qruplaşmaların hərəkətlərini rədd edir.
Qanunda həmçinin deyilir ki, prezident və hökumət üzvləri həmin qruplaşmalar tərəfindən təhlükənin aradan qaldırılması üçün bütün mümkün resurslardan istifadə etməlidir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər