ABŞ prezidenti Çini ticarət sazişini pozmaqda ittiham edib
09.05.2019 488 0.0 0

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin hökuməti ticarət danışıqları zamanı "ticarət sövdələşməsi"ni pozub.

"Bloomberg"ə istinadən xəbər verilir ki, o bunu Florida ştatında öz tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Onlar sövdələşməni pozdular", - deyə "Bloomberg" Trampın sözlərini sitat gətirib.

Daha əvvəl Donald Tramp mayın 10-da bir sıra Çin məhsullarına qoyulan gömrük rüsumunun həcmini 25 faizə qədər artıracağını bildirib. Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Çinlə ticarətdə daha milyardlarla dollar itirmək niyyətində deyil./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar