ABŞ prezidenti: `Dollar getdikcə güclənir`
26.01.2018 816 0.0 0

 "Dollar getdikcə daha da güclənir. İstəyirəm ki, dollar güclü olsun. Ölkəmiz iqtisadi və digər sahələrdə daha da güclənir". 

TASS-a istinadən xəbər verilir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib. 

CNBC telekanalına müsahibə verən dövlət başçısı bildirib ki, ölkəsinin müsbət iqtisadi vəziyyəti dolların bahalaşmasına səbəb olacaq. Prezident həmçinin qeyd edib ki, jurnalistlər maliyyə naziri Stiven Mnuçinin milli valyutanın məzənnəsi barədə açıqlamasını düzgün anlamayıblar. 

Xatırladaq ki, nazir yanvarın 24-də çıxışı zamanı ucuz dolların ABŞ iqtisadiyyatının maraqlarına cavab verdiyini, ticarət münasibətlərində üstünlük yaratdığını bildirib.

ABŞ prezidentinin açıqlamalarından sonra USD/EUR nisbəti 1,25-dən 1,24-ə düşüb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar