ABŞ PKK-nın cəbbəxanasını qorumağa çalışır?
20.09.2015 650 0.0 0

Türkiyə Hərbi Hava donanmasının sentyabrın 10-da PKK terror təşkilatına aid düşərgələrə qarşı keçirəcəyi hava əməliyyatını rəsmi Vaşinqton dayandırmağa çalışıb. Baş qərargah idarəsinin saytına istinadən verdiyi məlumata görə, ABŞ rəsmiləri, “O bölgədə bizə aid ünsürlər var. Dərhal hərəkatı dayandırın” – deyə Türkiyə Silahlı Qüvvələrinə (TSK) mesaj yollayıblar. TSK isə bu mesaja “ABŞ ünsürlərinin o bölgədə nə işi var? Ünsürlər çəkilsin, biz vuracağıq” – deyərək əməliyyata davam edib. Əməliyyat nəticəsində bölgədə indiyə qədər müəyyən olunan PKK-nın ən böyük cəbbəxanası məhv edilib. 

 


PKK bölgədə öz təsir qüvvəsini itirir

Bildirilir ki, iyulun 24-də PKK terror təşkilatına qarşı TSK qırıcılarının başlatdığı əməliyyat çərçivəsində sentyabrın 10-da terror təşkilatının düşərgələrinə qarşı hərəkat planı hazırlanıb. Hərəkatdan bir müddət əvvəl Şimali İraqdakı koordinasiya mərkəzi vasitəsi ilə İraqın şimalındakı bəzi terror düşərgələrinə qarşı hava hərəkatı keçiriləcəyi bildirilib. Bundan sonra amerikalı zabitlər mərkəzdən təlimat aldıqlarını deyərək əməliyyatın dərhal dayandırılmasını tələb ediblər. Onlar buna, həmin bölgədə ünsürləri olduğunu səbəb göstəriblər. 

 

PKK düşərgələrinin yerləşdiyi Şimali İraq Kandil dağı

Əməliyyat hazırlığı görən türk zabitlər vəziyyət barədə Baş qərargaha raport göndəriblər. Qərargahın verdiyi cavab isə qəti olub: 

“Bölgədə terrorçuların düşərgələri olması barədə dəqiq məlumat var. ABŞ ünsürlərinin orda nə işi var? Ünsürlər çəkilsin, biz vuracağıq”. 

ABŞ-ın qarşı çıxmasına baxmayaraq həmin gecə hava əməliyyatı keçirilib. Əməliyyat nəticəsində TSK 1 cəbbəxana olması barədə məlumat aldığı “Qare” düşərgəsində 4 cəbbəxana aşkarlayıb. Bombardımandan sonra bölgədə 2 saat davam edən intensive partlayışlar olub. 

Hazrda Ankarada təhlükəsizlik kulvarları, “ABŞ bölgədə terrorçuların ən böyük cəbbəxanasının partladılmasının qarşısınımı almağa çalışırdı” – sualına cavab axtarır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar