ABŞ peykləri KXDR-in yeni nüvə sınağına hazırlığı qeydə alıblar
21.06.2017 573 0.0 0

ABŞ-ın casus peykləri KXDR-də nüvə sınağı poliqonunda fəaliyyəti qeydə alıblar.

RİA Novosti-yə istinadən verilən məlumatına görə, bu haqda CNN telekanalı xəbər verir.

Məlumata görə, ABŞ kəşfiyyat birliyi Pxenyanın növbəti, altıncı nüvə sınağı həyata keçirib-keçirməyəcəyinə dair qənaətinə hələ gəlməyib.

Qeyd edilir ki, peyklər Şimali Koreyalı işçilərin yeraltı poliqonun girişlərinin birində iş apardıqlarını qeydə alıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar