ABŞ, NATO, Aİ, ATƏT Rusiya ilə əməkdaşlığı müzakirə edib
10.02.2022 448 0.0 0

ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman çərşənbə günü Aİ, NATO və ATƏT nümayəndələri ilə telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə diplomatik əməkdaşlığı müzakirə edib.

Məlumata görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir.

Məsləhətləşmələrdə NATO baş katibinin müavini Mirça Coana, ATƏT-in baş katibi Helqa Şmid, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino və Polşanın xarici işlər nazirinin müavini Marçin Pşidaç iştirak ediblər. (Qeyd edək ki, hazırda ATƏT-ə Polşa sədrlik edir).

“(Məsləhətləşmə) iştirakçıları Rusiyanın Ukrayna sərhədlərində əsassız olaraq qüvvələr toplamasını, NATO, ATƏT və Aİ-nin davam edən fəaliyyəti, eləcə də istənilən hadisələrə koordinasiyada davam edən hazırlığımızı, o cümlədən fevralın 8-də Vyanada ATƏT-in Avropada Təhlükəsizlik Dialoqunda nümayiş etdirilən diplomatik danışıqlarda davam edən öhdəliyimizi müzakirə ediblər”, - Prays deyib.

“Onlar Rusiyanı diplomatiyaya üstünlük verməyə və gərginliyi azaltmaq üçün konkret addımlar atmağa inandırmaq üçün sıx koordinasiyada hərəkətin davam etdirilməsini vacib olmasına əmin etməyi razılaşdırıblar", - o əlavə edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar