ABŞ Myanmaya qarşı sanksiya tətbiq edə bilər
24.10.2017 564 0.0 0

Amerika hökuməti Myanmanın Rakhayn ştatında insan haqlarının pozulmasına görə Neypidoya qarşı sanksiya tətbiq edə bilər.

Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

"Biz onların Maqnitski qanununa əsasən məqsədyönlü qlobal sankisyalar daxil olmaqla ABŞ qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilməsi mexanizmlərini öyrənirik", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, Myanma hökuməti və onun silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görməlidir.

Bundan əlavə, idarə qeyd edib ki, ABŞ artıq Myanma ordusu ilə qarşılıqlı fəaliyyəti məhdudlaşdırıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar