ABŞ modernləşdirilmiş B61 atom bombasının kütləvi istehsalı çərçivəsində ilk nümunəni hazırlayıb.
Qazeta.info Trend-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Enerji Departamenti Milli Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, sursat hələ noyabrın 23-də istehsal olunub. Söhbət B61-12 bombasından gedir. Onunla 1968-ci ildə istifadəyə verilmiş B61 sursatının dörd mövcud modifikasiyasından azı üçünü əvəz etmək planlaşdırılır. Təkmilləşdirilmiş döyüş başlığı B61-3, B61-4 və B61-7 modifikasiyalarını əvəz edəcək. Modernləşdirmə nəticəsində bombanın xidmət müddəti azı 20 il artacaq.
B61-12-nin tam istehsalına 2022-ci ilin may ayında başlanacaq. O, əvvəlki nəsil bombadan paraşütün olmaması və tətbiqin dəqiqliyini artıran inersial istiqamətləndirmə sistemi ilə təchiz olunmuş quyruq hissəsinin olması ilə fərqlənəcək.