ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru istefaya gedir
06.01.2018 821 0
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru, admiral Maykl Rocers istefaya gedir.
Məlumata görə, bu barədə “Washington Post” məlumat verib.
Məlumata əsasən, Agentlik rəhbəri əməkdaşlarına yazda vəzifəsini tərk edəcəyini elan edib.
Maykl Rocers MTA-nın rəhbəri vəzifəsinə 2014-cü ildə eks-prezident Barak Obama tərəfindən təyin edilib. Bundan əvvəl 30 illik hərbi təcrübəyə malik admiral Sakit okean donanmasının bir sıra kəşfiyyat əməliyyatlarına başçılıq edib və ABŞ Hərbi-Dəniz Qüvvələri kiberkomandanlığının rəhbəri olub.
Məlumata görə, Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbərinin adı yanvarda bilinəcək . Donald Tramp tərəfindən irəli sürülən şəxsin namizədliyi Senatda təsdiq olunmalıdır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər