Xəbər verildiyi kimi,ABŞ-ın New York Post qəzeti Rusiya Dövlət Başçısı Vladimir Putin xərçəngə xəstəliyinə tutulması barədə xəbər yaymışdı. Bildirildiyinə görə qoyulan diaqnozda Putin pankreas ya da onurğa iliyi xərçəngi olması vurğulanırdı.
Məsələ ilə əlaqədar Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkə başçısının səhəttində problem olması barədə xəbərləri təkzib edib.
"Bunu görməyəcəklər. Dilləri qurusun. Hər şey normaldır" o mətbuata açıqlama verib.
* * *
ABŞ-ın New York Post qəzetinin xəbərinə görə, Rusiya Dövlət Başçısı Vladimir Putin xərçəngə tutulub. Bildirildiyinə görə qoyulan diaqnozdaPutin pankreas ya da onurğa iliyi xərçəngidir.
Üstəlik xərçəng növü olduqca aqressiv olduğu bildirilib. Həkimlərə görə, bu cür xərçəngə tutulan xəstələrin həyata şansları yalnız yüzdə 8-dir.
Amerika qəzeti, Putinin Almaniyanın Dresdner şəhərindəki bir həkimə müraciət etdiyi bildirilib. Rusiyanın güclü lideri Putinin, 84 yaşındakı xərçəng mütəxəssisi həkimi ilə KQB-nin görevliyken, Şərqi Almaniyada tanış olduğu deyilir. Həkimin Putinə əzələləri gücləndirən steroid iynəsi enjekte etdiyi ifadə edilib.
Zaman zaman üzərkən, balıq ovlayarkən əzələli üstsüz fotoşəkilləri nümayiş olunan və sportmen yanını sərgiləməyə diqqət göstərən Rus liderin, 7 İyunda 62. yaş gününü 15 il sonra ilk dəfə qeyd etməsi maraqlı qarşılanmışdı. Siyasətə heç ara verməyib tətil etməyən Putin, doğum gününü məskunlaşma mərkəzlərindən yüzlərlə kilometr uzaqlıqdakı Sibirdə olan Tayga meşələrindənda keçirmişdi.
ABŞ-lı yazıçı Riçard Conson da Putinlə bağlı bioqrafiyasında, "Putinin 3 il ömrü qaldı. O ölkəsinin sərhədlərini genişləndirərək, öldüyündə bir qəhrəman olaraq xatırlanmaq istəyir "deyib.